Süleyman Neymətov Şahbuz rayonunda vətəndaşları qəbul edəcək
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis general-mayoru cənab Süleyman Neymətov tərəfindən fevralın 22-də Şahbuz Rayon Polis Şöbəsinin inzibati binasında saat 10:00-da vətəndaşların qəbulu keçiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 22.02.2025-ci il tarixədək Şahbuz Rayon Polis Şöbəsi nə, habelə Naxçıvan MR DİN-in sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.