Xəyalə Dadaşova Şərurda vətəndaşları qəbul edəcək
Yanvarın 30-u saat 11:00-da Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova Şərur rayonundan olan vətəndaşları qəbul edəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbulda iştirak etmək istəyən vətəndaşlar nagro.gov.az elektron ünvanı vasitəsilə və ya +994 60 -596-69-62 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.