Ramilə Seyidova Sabirkənd kəndində vətəndaşları qəbul edəcək

Ramilə Seyidova Sabirkənd kəndində vətəndaşları qəbul edəcək

27 Yanvar 2025

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovanın yanvarın 30-u saat 10:00-da Ordubad rayonunun Sabirkənd kəndində icra nümayəndəliyinin inzibati binasında vətəndaşlarla görüşü nəzərdə tutulub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ailə, qadın və uşaq məsələsi ilə bağlı müraciət etmək istəyən vətəndaşlar qəbulda iştirak edə bilərlər.