Naxçıvanda bu qurumlarda vakant müdir vəzifələri üçün test imtahanı olacaq

Naxçıvanda bu qurumlarda vakant müdir vəzifələri üçün test imtahanı olacaq

19 Fevral 2025

Fevralın 22-də Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində vakant olan müdir vəzifəsinə ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq işə qəbul üçün test imtahanı mərhələsi təşkil olunacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, test mərhələsində 27 noyabr- 4 dekabr tarixləri arasında ölkə üzrə elan olunan sənəd qəbulunda iştirak edən, məktəbəqədər təhsil müəssisələrində tərbiyyəçi müəllim vəzifəsində çalışan 16 namizəd dəvət olunub.

Qeyd edək ki, Naxçıvan Şəhər Uşaq-Gənclər Şahmat Məktəbində saat 10:00-da təşkil olunacaq test imtahanı mərhələsində göstərilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqdır.

Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!