Azərbaycanın daha iki boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycanın daha iki boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

20 Fevral 2025

Azərbaycanın daha iki boksçusu Rumıniyada gənclər arasında keçirilən “Drakula Open” turnirinə qələbə ilə başlayıb.

Azərbaycan Boks Federasiyasından "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, Nihat Qasımov (51 kiloqram) 1/8 finalda Kristian Serbanı (Rumıniya) sınağa çəkib. Görüş təmsilçimizin 5:0 (29:27, 29:27, 30:26, 30:26, 30:26) hesablı qələbəsi ilə başa çatıb. N.Qasımov 1/4 finalda ilk mərhələdən azad olan Maksim Maşevki (Ukrayna) ilə üz-üzə gələcək.

Zidan Hümbətov (54 kiloqram) isə ilk görüşündə rumıniyalı Emzar Qransianı birinci raundda tam üstünlüklə məğlub edib. Z.Hümbətov 1/4 finalda Roman Spakla (Moldova) qarşılaşacaq.

Qeyd edək ki, “Drakula Open”də final döyüşləri fevralın 23-də olacaq.