
Azərbaycan cüdoçuları Slovakiyada keçirilən Avropa Kubokunda 10 medal qazanıblar
Azərbaycanın yeniyetmə cüdoçuları Slovakiyanın Samorin şəhərində keçirilən Avropa Kubokunda 10 medal qazanıblar.
"NAXÇIVANXƏBƏRLƏRİ" Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, medallardan ikisinin əyarı qızıl, ikisi gümüş, altısı isə bürünc olub.
Azərbaycan təmsilçiləri medal əyarına görə ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.
Cüdoçular turnirin ilk günündə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar. Yarışın ikinci günündə Səid Şərifov (73), Amin Mehdiyev, Abdullah Rəhmətov (81 kq) və Sübhan Axundov (+90 kq) bürünc medal əldə edib, Məhəmməd Ağakişiyev (73 kq) isə 7-ci olub.
Qeyd edək ki, turnir fevralın 15-16-da keçirilib. Azərbaycan oğlanlar arasında yarışda 8 çəki dərəcəsində 16 cüdoçu ilə təmsil olunub.