
Azərbaycanın kiçik yeniyetmə taekvondoçuları “Fujairah Open”də 2 medal qazanıblar
Azərbaycan kiçik yeniyetmə taekvondoçuları Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan “Fujairah Open” beynəlxalq turnirində 2 medal qazanıblar.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
BƏƏ-nin Əl-Fücayra şəhərində keçirilən yarışda “Mübariz” taekvondo klubunun təmsilçisi Malikəjdər Qalabəyov (36 kq) gümüş, “Asiman”ın yetirməsi Fateh Sultanlı (40 kq) isə bürünc medal əldə edib.