Naxçıvanlı idmançı ölkə liqasına uğurla başladı -

Naxçıvanlı idmançı ölkə liqasına uğurla başladı - FOTO

21 Aprel 2025

Abşeron Olimpiya İdman Kompleksində U-14 yeniyetmələr arasında cüdo üzrə liqa yarışının I turu start götürüb. Turnirdə 101 klub və idman cəmiyyətindən 545 cüdoçu (449 oğlan, 96 qız) mübarizəyə qoşulub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasından Yarışa məşqçi Orxan Quliyevin rəhbərliyi ilə 3 idmançı qatılıb. Onlardan yalnız biri mükafatçılar sırasına düşməyi bacarıb. Belə ki, Ləman Bağırova 36 kq çəki dərəcəsində gümüş medalçı olub. İdmançı 5 görüş keçirib və yalnız final görüşündə məğlubiyyətlə üzləşib. Ləman bu nəticə ilə liqada yüksək reytinq qazanma yolunda önəmli başlanğıca nail olub.

Qeyd edək ki, cari ildə U-14 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq cədvəli formalaşacaq.