
Azərbaycan stolüstü tennisçiləri Bosniya və Herseqovinadakı turnirdə iştirak edəcəklər
Azərbaycan stolüstü tennisçiləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək "WTT Youth Contender" turnirində iştirak edəcəklər.
Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, yarışda yığmanın 6 üzvü bacarığını göstərəcək.
Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Aylin Əsgərova, Mərziyyə Nurmətova və Yağmur Məmmədli qələbə uğrunda mübarizə aparacaqlar.
Aprelin 22-də start veriləcək yarışa 25-də yekun vurulacaq.