Naxçıvandan 3 boksçu zona birinciliyində uğur qazanıb -

Naxçıvandan 3 boksçu zona birinciliyində uğur qazanıb - FOTO

26 Aprel 2025

Boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi reallaşıb. Bakı Boks Mərkəzində təşkil olunan yarışda 50 komandanın 153 boksçusu gücünü sınayıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasından yarışa 3 məşqçi və 5 idmançı qatılıb. 1-i gümüş, ikisi bürünc olmaqla, ümumilikdə 3 medal qazanılıb.

Təmsilçilərimizdən Məhəmməd Mustafayev (90 kq) ikinci, Elmurad Kərimli (42 kq) və Yusif Tağıyev (44) isə üçüncü olublar.