Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni beş medalla başa vurublar
Azərbaycan cüdoçuları Bakıda keçirilən "Böyük Dəbilqə"ni beş medalla başa vurublar.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, yarışın sonuncu günündə təmsilçilərimizdən heç biri mükafat qazana bilməyib.
Əjdər Bağırov (100 kq) üçüncü yer uğrunda görüşdə Niyaz Bilalova (IJF), Kənan Nəsibov (+100 kq) yaponiyalı Kanta Nakanoya uduzub.
Qeyd edək ki, daha əvvəl Zelim Tçkayev (81 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) gümüş, Vüsal Qələndərzadə (73 kq), Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) bürünc medala sahib çıxıblar.