Azərbaycan millisi İnkişaf Kubokunda qrupdakı son matçını qələbə ilə başa vurub

Azərbaycan millisi İnkişaf Kubokunda qrupdakı son matçını qələbə ilə başa vurub

19 Fevral 2025

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda qrupdakı son matçını qələbə ilə başa vurub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu komanda Qazaxıstan yığmasını 2:1 hesabı ilə üstələyib.

Millinin heyətində Əhməd Vəliyev (57) və İmran Süleymanzadə (66) fərqlənib.

Qeyd edək ki, U-17 daha əvvəl keçirdiyi görüşlərdə Rusiya millisinə 0:3 hesabı ilə məğlub olub, İranı isə üstələyib (1:0).