İsa Həbibbəyli: AMEA-da daha genişmiqyaslı islahatlar dövrünə keçmək üçün hazırlıq işləri aparılır

İsa Həbibbəyli: AMEA-da daha genişmiqyaslı islahatlar dövrünə keçmək üçün hazırlıq işləri aparılır

20 Fevral 2025

Milli Elmlər Akademiyasında daha genişmiqyaslı islahatlar dövrünə keçmək üçün hazırlıq işləri aparılır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli fevralın 20-də keçirilən Ümumi yığıncaqda “Akademiyada təməl islahatlardan – İnkişaf Konsepsiyasına və Yol Xəritəsinə” mövzusunda məruzəsi zamanı söyləyib.

Akademik İsa Həbibbəyli bildirib ki, “AMEA-nın 2025-2030-cu illər üzrə İnkişaf Konsepsiyası və Yol Xəritəsi” yeniləşmə və islahat proseslərinin yeni mərhələsinin proqramı və bələdçisi olacaq: “Qeyd etdiyimiz kimi, akademiyanın kollektivi bu il martın 27-də Milli Elmlər Akademiyasının 80 illik yubileyini 2025-ci il ərzində keçirilmiş məsuliyyətli və şərəfli yolun təcrübəsindən yaradıcı şəkildə istifadə etməklə, davamlı və dayanıqlı ənənələri inkişaf etdirməklə, eyni zamanda, dünya elminin müasir çağırışlarına və ölkə elminin qarşıya qoyulmuş məsul vəzifələri dönmədən həyata keçirməklə qarşılamaq inamı ilə fəaliyyətlərini uğurla davam etdirirlər. Göründüyü kimi, Azərbaycan Milli Elmlər Akademiyası yeniləşmə və islahatlar mərhələsinin inkişaf ritmləri içərisində fəaliyyətini davam etdirməkdədir”.

AMEA rəhbəri məruzəsinin sonunda diqqətə çatdırıb ki, Azərbaycan alimləri, o cümlədən Milli Elmlər Akademiyasının kollektivi bundan sonra da dövlətimizin başçısının apardığı siyasəti ürəkdən dəstəkləyəcək, qarşıya qoyulan vəzifələri həyata keçirmək üçün bütün qüvvələrini və bacarıqlarını sərf edəcək.