
Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib - FOTO
Fevralın 19-da muxtar respublikanın ümumi təhsil müəssisələrində vakant olan psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi təşkil olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müsahibə mərhələsində 31 yanvar tarixdə keçirilən test imtahanında uğur qazanan 18 namizəd iştirak edib.
Müsahibə mərhələsində namizədlərin vəzifə bilikləri, peşəkar kompetensiyaları, psixoloji hazırlığı və dünyagörüşü müvafiq meyarlar əsasında 5 ballıq şkala ilə müvafiq komisiya tərəfindən yoxlanılıb.
Qeyd edək ki, namizədlər meyarlar üzrə ortalama 2,5 bal topladıqda bu mərhələni uğurla keçmiş sayılacaqlar.
Müsahibə mərhələsinin nəticələri ilə bağlı məlumat yaxın günlərdə nazirliyin sosial şəbəkə hesablarında elan olunacaq.
Məlumat üçün bildirək ki, müsabiqəyə muxtar respublikanın ümumi təhsil müəssisələrindən psixoloq vəzifəsi üzrə 50 vakant vəzifə çıxarılıb.