NDU-da 2024-2025-ci tədris ilinə aid təcrübələrin başlanğıc konfransı keçirilib -

NDU-da 2024-2025-ci tədris ilinə aid təcrübələrin başlanğıc konfransı keçirilib - FOTO, YENİLƏNİB

20 Fevral 2025

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində 2024-2025-ci tədris ilinə aid təcrübələrin başlanğıc konfransı keçirilib. Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, NDU-da fəaliyyət göstərən müəllimlər və tələbələr iştirak ediblər. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxış edərək ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin ölkəmizin sosial-iqtisadi inkişafının əsas dayaqlarından biri olduğunu vuğulayıb. Dövlət başçısının təsdiq etdiyi "Naxçıvan Muxtar Respublikasının Sosial-İqtisadi İnkişafı üzrə 2023-2027-ci illər Dövlət Proqramı"nın bu sahədə mühüm islahatları ehtiva etdiyini qeyd edib. Eyni zamanda proqram çərçivəsində institusional inkişaf, idarəetmə sisteminin modernləşdirilməsi, insan kapitalının gücləndirilməsi və innovasiyaların tətbiqi kimi strateji istiqamətlər müəyyən edildiyini bildirib. Samir Seyidəhmədli dövlət qurumları ilə gənclər arasında əməkdaşlığın gücləndirilməsi, onların gələcək karyera inkişafına dəstək verilməsi və əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanmasının nəzəri və praktik aspektlərinə toxunub. Universitetlər və dövlət qurumları arasında birgə fəaliyyətin gücləndirilməsinin, tələbələrin yalnız formal təcrübə ilə kifayətlənməyib, öz bacarıqlarını daim təkmilləşdirmələrinin  önəmindən bəhs edib. 

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev universitet həyatında pedaqoji təcrübə və istehsalatın bir-birini tamamlayan iki mühüm hadisə olduğunu bildirib. Naxçıvan Dövlət Universitetinin 2024-2025-ci tədris ilinə aid təcrübələrin başlanğıc konfransını öz tərkibi ilə dövlət- universitet- sənaye əməkdaşlıq platformasının görüşü mahiyyəti daşıdığını vurğulayıb. Rektor ali təhsil ocağının təhsilin müxtəlif səviyyələrini əhatə edən istənilən işə götürən müəssisə həm dövlət, həm özəl müəssisələr üçün kadr hazırlığı potensialının olduğunu qeyd edib. Bildirib ki, 2024-2025-ci tədris ilinin ikinci yarısında Naxçıvan Dövlət Universitetində universitet üzrə təcrübəyə 1 555 nəfər tələbə gedəcək. Onlardan 1 345 tələbə əyani, 210 tələbə qiyabidir. Tələbələrin istehsalat təcrübəsi 4 həftəlik, 5 həftəlik, 14 həftəlik və 20 həftəlik olacaq. 43 müəssisə və təşkilatda təşkil olunacaq. 83 ixtisas üzrə 1 112 nəfər tələbə göndəriləcək. İstehsalat təcrübələrinə ümumilikdə 107 təcrübə rəhbəri təyin olunub. Pedoqoji təcrübələr 20 həftə davam edəcək. Eyni zamanda elmi-tədqiqat təcrübəsində 14 ümumtəhsil müəssisəsində 21 ixtisas üzrə 443 nəfər tələbə pedoqoji təcrübə keçəcək. Pedoqoji təcrübələrə ümumilikdə 137 təcrübə rəhbəri təyin olunub. Qeyd edək ki, bundan əlavə hal-hazırda 216 nəfər magistr Elmi tədqiqat təcrübəsi keçməkdədir. 

Daha sonra Naxçıvan Dövlət Universitetinin ötən tədris ilinin təcrübələrindən hazırlanan videoçarx izlənilib, çıxışlar dinlənilib. 

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə gənclərlə işin təşkili, onların peşəkar kadr kimi formalaşması, eyni zamanda əmək bazarına daxil olan ali təhsilli gənclərin məşğulluğunun təmin edilməsi yönünüdə fəaliyyətlərndən bəhs edib. Bu fəaliyyətlərin təşkilində universitet-sənaye işbiriliyinin ölkənin iqtisadi inkişafına və işçi qüvvəsinin potensialının artırılmasına mühüm töhfə olduğunu vurğulayıb. Naxçıvan Dövlət Universitetinin Karyera, təcrübə və məzunlarla iş sektorunun müdiri Aynurə Seyidovaya “Təcrübələrin təşkilinə dair tələblər və qarşıda duran vəzifələr” barədə məlumat verib. 

Daha sonra sual-cavab sessiyası olub, rəsmi şəxslər tələbələri maraqlandıran sualları cavablandırıb.

Sonda Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi ilə tanışlıq olub.