NDU-da TEDx tədbiri keçiriləcək

NDU-da TEDx tədbiri keçiriləcək

18 Fevral 2025

Naxçıvan Dövlət Universitetində TEDx tədbiri təşkil etmək üçün təqdim edilən layihə rəsmi təsdiqini alıb. Bu, universitetdə və ümumilikdə Naxçıvan Muxtar Respublikasında innovativ ideyaların yayılması, bilik və təcrübə mübadiləsi üçün mühüm bir platforma yaradacaq. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu tədbir müxtəlif sahələrdən olan ekspertləri, yaradıcı şəxsləri və liderləri bir araya gətirərək ilhamverici çıxışlar və müzakirələrə imkan verəcək. Tədbirin əsas məqsədi insanları düşünməyə, yeni ideyalara açıq olmağa və cəmiyyətin inkişafına töhfə verməyə təşviq etməkdir. Həmçinin yeni layihə tələbələr və yerli ictimaiyyət üçün geniş bilik və perspektivlər təqdim edəcək. Belə ki, TEDx platforması vasitəsilə iştirakçılar fərqli baxış bucaqlarını kəşf edərək və dəyərli təcrübələr əldə edəcəklər. 

Tədbirin tarixi və proqramı barədə ətraflı məlumat yaxın günlərdə elan ediləcək.