Əli Əsədov Natalya Koçanova ilə görüşüb

Əli Əsədov Natalya Koçanova ilə görüşüb

20 Fevral 2025

Fevralın 20-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova ilə görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdə Azərbaycan-Belarus dövlətlərarası münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, iki ölkə prezidentlərinin sıx təmasları və birgə səyləri nəticəsində müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın dinamik inkişafı qeyd edilib.

Tərəflər Azərbaycan və Belarusun qanunvericilik orqanları arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda konstruktiv dialoqun səviyyəsindən məmnunluq ifadə edərək, parlamentlərarası əməkdaşlığa diqqət yetiriblər.

Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasının Bakıda keçirilməsinin əhəmiyyəti qeyd edilib. Belarus parlamentinin təşkilatda müşahidəçi statusu almasından məmnunluq ifadə olunub.

Həmçinin Azərbaycan və Belarus arasında qarşılıqlı maraq doğuran sahələrdə faydalı əməkdaşlığın daha da genişləndirilməsinin perspektivləri müzakirə edilib.