
Rahid Ələkbərli Ordubad rayonunda vətəndaşları qəbul edib - FOTO
Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu keçirilib.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, fevralın 20-də Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirnin müavini nazir vəzifəsini icra edən Rahid Ələkbərli Ordubad rayonunda sakinləri qəbul edib.
Qəbul zamanı Ümummilli Lider Heydər Əliyevin Ordubad şəhərində əzəmətlə ucalan abidəsi ziyarət edilib və önünə gül dəstələri qoyulub. Qəbulda rayon sakinlərinin, eləcə də əlil ailəsi üzvülərinin və qazilərin internet, telekommunikasiya, o cümlədən nəqliyyat və poçt xidmətləri ilə bağlı müraciətləri dinlənilib.
Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.