
Vətəndaş xəstəliyə görə cəzaçəkmədən hansı hallarda azad edilir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Vətəndaş xəstəliyə görə cəzaçəkmədən hansı hallarda azad edilir?
Cavab: Cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs qanuni qüvvəyə minmiş hökmlə təyin edilmiş cəzadan və ya cəzanın qalan hissəsini çəkməkdən azad olunur.
Sualı cavablandırdı: Ordubad rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Fərid Orucəliyev