Azərbaycan Respublikası Cinayət Məcəlləsində Əsas və əlavə cəzalar necə müəyyən edilib ? -

Azərbaycan Respublikası Cinayət Məcəlləsində Əsas və əlavə cəzalar necə müəyyən edilib ? - HÜQUQ MƏSLƏHƏTİ

18 Fevral 2025

Sual: Azərbaycan Respublikası Cinayət Məcəlləsində Əsas və əlavə cəzalar necə müəyyən edilmişdir ?

Cavab: Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir.

İctimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə cəza növləri yalnız əsas cəza kimi tətbiq edilir.

Cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növləri həm əsas, həm də əlavə cəza kimi tətbiq edilir.

Xüsusi və ya hərbi rütbədən, fəxri addan yaxud dövlət təltifindən məhrum etmə, nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə və Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növləri yalnız əlavə cəza kimi tətbiq edilir

Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Nurlan Əhmədli