Beh geri qaytarılırmı? -

Beh geri qaytarılırmı? - HÜQUQ MƏSLƏHƏTİ

24 Aprel 2025

Sual: Fərdi yaşayış evimi almaq istəyən şəxs mənə beh olaraq bir miqdar pul vəsaiti verdi. Üzərindən 4 ay keçdikdən sonra alqı-satqı zamanı razılaşmadıq və mən evi satmaqdan imtina etdim. Bu halda verilmiş beh geri qaytarılırmı?

Cavab: Beh anlayışı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Şifahi şəkildə verilmiş behi geri qaytarmaq üçün müvafiq məhkəmədə iddia qaldırılmalıdır.

Sualı cavablandırdı: Culfa rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Heydər İbrahimli