Qüsuru olan mal satılarkən istehlakçının hüquqları necə tənzimlənir ? -

Qüsuru olan mal satılarkən istehlakçının hüquqları necə tənzimlənir ? - HÜQUQ MƏSLƏHƏTİ

22 Aprel 2025

Sual: Qüsuru olan mal satılarkən istehlakçının hüquqları necə tənzimlənir ?

Cavab: İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının 7-ci maddəsində qeyd edilmişdir ki, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:

lazımi keyfiyyətli mala dəyişdirməyi;

satış qiymətini uyğun məbləğdə azaltmağı;

malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;
malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;
müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

Sualı cavablandırdı: Babək rayon prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri - Camal Sadiqov