
Miras bölgüsü zamanı qanun necə tətbiq olunur? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Miras bölgüsü zamanı qanun necə tətbiq olunur?
Cavab: Miras bölgüsü Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Mülki Məcəllə mirasın kimlərə və hansı qaydada keçməsini,qanuni vərəsələrin hüquqlarını və vəsiyyət qaydalarını da əsaslandırmışdır.
Əgər vəsiyyət yoxdursa, miras qanun üzrə aşağıdakı qaydada bölüşdürülür:
Birinci növbəli vərəsələr-Mərhumun övladları, həyat yoldaşı və valideynləri bərabər paylarla mirasa sahib olur.
İkinci növbəli vərəsələr –Əgər birinci növbəli vərəsələr yoxdursa, baba, nənə, bacı və qardaşlar mirasa sahib olur.
Üçüncü növbəli vərəsələr –Əgər əvvəlki qruplarda vərəsələr yoxdursa, mərhumun əmi, dayı, bibi və xala kimi qohumları miras ala bilər.
Dördüncü növbəli vərəsələr – Daha uzaq qohumlar (məsələn, əmioğluları, xalaqızları və s.)
Mərhum sağlığında vəsiyyət yazıbsa, miras qanuna deyil, vəsiyyətə uyğun olaraq bölüşdürülür. Lakin qanunla qorunan məcburi pay (məsələn, azyaşlı övladlar və ya əlillər üçün)
saxlanılmalıdır.
Miras açıldıqdan sonra onu qəbul etmək üçün 6 ay müddət var.Vərəsələr arasında razılıq olmazsa, miras məhkəmə yolu ilə bölünə bilər.
Həmçinin miras borcları da əhatə edir. Belə ki,vərəsələr miras qəbul etdikdə mərhumun borclarını da ödəməlidirlər.
Sualı cavablandırdı: Babək rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Nəriman Vəliyev