Məhkəmə işə baxarkən həmin iş üzrə xüsusi qərardadı kimə göndərir? -

Məhkəmə işə baxarkən həmin iş üzrə xüsusi qərardadı kimə göndərir? - HÜQUQ MƏSLƏHƏTİ

19 Fevral 2025

Sual: Məhkəmə işə baxarkən həmin iş üzrə xüsusi qərardadı kimə göndərir?

Cavab: Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmadıqda, məhkəmə bir ay müddətində bununla bağlı cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verir.

Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri - Elməddin Bağırov