Naxçıvanda Əməyin Mühafizəsi Mərkəzinin filialı yaradılıb

Naxçıvanda Əməyin Mühafizəsi Mərkəzinin filialı yaradılıb

20 Fevral 2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikasında filialı fəaliyyətə başlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, filial muxtar respublikada işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahələrində xidmətlər, onlara metodiki dəstək göstərəcək, bu sahələrdə təlimlər keçirəcək. Habelə Mərkəzin Nizamnaməsinə uyğun fəaliyyət istiqamətlərində işlər aparacaq.

Naxçıvanda yaradılan bölmə Mərkəzin ilk regional filialıdır.