Şahin Mirzəyev Kəngərli rayon sakinlərinin qəbulu keçiriləcək

Şahin Mirzəyev Kəngərli rayon sakinlərinin qəbulu keçiriləcək

28 Yanvar 2025

Yanvarın 31-i saat 10:00-da Naçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev tərəfindən Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Kəngərli rayon sakinlərinin qəbulu keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbula gələn vətəndaşların qeydiyyatı 30 yanvar 2025-ci il tarixində saat 10:00-dan ehtibarən Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçiriləcək.

Qəbulda və qeydiyyatda iştirak edən vətəndaşların şəxsiyyət vəsiqələri və digər müvafiq sənədlərlə gəlmələri xahiş olunur.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.