
Hüseyn Səfərov Babək rayonunda vətəndaşları qəbul edəcək
Fevralın 20-si saat 10:00-da Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov Babək rayonunda vətəndaşları qəbul edəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul Babək Rayon İcra və Probasiya Şöbəsində keçiriləcək.
Qeyd edək ki, vətəndaşlar qəbula Babək Rayon İcra və Probasiya Şöbəsinə (ünvan: Babək rayonu, Babək şəhəri, Heydər Əliyev prospekti , əlaqə telefonu: (036) 541-35-36, (070) 330 05 80), habelə Ədliyyə Nazirliyinə (036) 544-54-70, (050) 558-38-00 nömrəli telefon və office@njustice.gov.az elektron poçt ünvanı vasitəsilə) müraciət etməklə yazıla bilərlər.