Ombudsman tərəfindən muxtar respublikanın kəndlərində ictimai dinləmə  keçiriləcək

Ombudsman tərəfindən muxtar respublikanın kəndlərində ictimai dinləmə keçiriləcək

11 Sentyabr 2024

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən muxtar respublikanın kəndlərində muxtariyyətin 100 illiyinə həsr edilmiş ictimai dinləmə və maarifləndirici söhbətlər keçiriləcək.

Rayonlar üzrə                                                          Tarix

Şərur rayonu, Çərçiboğan kəndi                               17 sentyabr

Kəngərli rayonu, Xok kəndi                                      24 sentyabr

Şahbuz rayonu, Kükü kəndi                                     4 oktyabr

Babək rayonu, Cəhri qəsəbəsi                                  9 oktyabr

Culfa rayonu, Yaycı kəndi                                         15 oktyabr

Ordubad rayonu, Dəstə kəndi                                  22 oktyabr

Müraciət etmək istəyən sakinlər müvafiq tarixlər üzrə saat 10:00-da şəxsiyyət vəsiqəsi ilə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin inzibati binasına gələ bilərlər.  

Əlaqə nömrəsi: (+994 36) 545 83 48