Azərbaycan şirkətlərinin İraqdakı nəqliyyat layihələrində iştirakı nəzərdən keçirilib

Azərbaycan şirkətlərinin İraqdakı nəqliyyat layihələrində iştirakı nəzərdən keçirilib

18 Sentyabr 2024

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan İraqın ticarət naziri Atir Əl-Qurayr ilə görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" nazirliyə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlıq çərçivəsində maraq doğuran məsələlər müzakirə olunub.

Həmçinin İraqda nəqliyyat və yol infrastrukturu üzrə həyata keçirilən layihələrdə Azərbaycan şirkətlərinin iştirakı nəzərdən keçirilib.