Azərbaycan genişzolaqlı internetin sürətinə görə irəliləyib

Azərbaycan genişzolaqlı internetin sürətinə görə irəliləyib

16 Dekabr 2024

Bu ilin noyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (62,69 MB/S) görə 155 ölkə arasında 92-ci yerdə qərarlaşıb ki, bu da oktyabra nisbətən 1 pillə irəliləyiş deməkdir.

"NAXÇIVANXƏBƏRLƏRİ" “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (33,03 MB/S) ilə müqayisədə isə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 90 % artıb.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (324,46 MB/S), axırıncı yeri isə Kuba (2,93 MB/S) tutub.

Azərbaycan noyabrda mobil internetin sürətinə görə isə oktyabr ayına nisbətən 2 pillə geriləyərək 56,19 MB/S sürətlə 111 ölkə arasında 56-cı olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (441,89 MB/S), sonuncu yeri isə Myanmar (Burma) (5,09 MB/S) tutub.

Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən pillə irəliləyərək 200 şəhər arasında 62,79 MB/S sürətlə 114-cü yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Valparaiso (321,85 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (2,01 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə 72,06 MB/S sürətlə 159 şəhər arasında oktyabr ayına nisbətən 1 pillə geriləyərək 77-ci olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (506,59 MB/S), sonuncu yeri Yangon, Myanmar (Burma) (5,08 MB/S) tutub.