Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var
“Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2 milyon 965,3 min və yaxud 99,4 % ev, mənzil və biznes subyekti yüksəksürətli, sabit genişzolaqlı internet xidmətləri ilə əhatə olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilir ki, layihə üzrə təkcə son 1 ildə əlavə olaraq 1 milyon 445,9 min ev, mənzil və biznes subyektinin yüksəksürətli, sabit genişzolaqlı internet xidmətlərinə çıxışı təmin edilib.