"Naxçıvanpoçt" bayram günlərində göndərişlərlə bağlı müraciət edib

"Naxçıvanpoçt" bayram günlərində göndərişlərlə bağlı müraciət edib

17 Dekabr 2024

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Naxçıvanpoçt" göndərişlərin vaxtında və təhlükəsiz şəkildə çatdırılmasını təmin etmək üçün bütün lazımi tədbirləri həyata keçirdiyini bildirib.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və “Yeni il” bayramı ərəfəsində bağlamaların göndərilməsi və elektron ticarət sifarişlərinin həcminin əhəmiyyətli dərəcədə artması gözlənilir. Bu səbəbdən, bəzi poçt göndərişlərinin sifariş edilən ölkədən alıcılara çatdırılmasında gecikmələr baş verə bilər.

“Naxçıvanpoçt” vətəndaşlara sifarişlərini və göndərişlərini əvvəlcədən planlaşdırmağı tövsiyə edir. Şirkət göstərilən anlayış və əməkdaşlığa görə hər kəsə təşəkkür edərək qarşıdan gələn bayramlar münasibətilə xoş arzularını çatdırır.

Bayram günlərində artan iş yükünə baxmayaraq, xidmət keyfiyyətinin yüksək səviyyədə saxlanılması üçün əlavə tədbirlərin görüləcəyi də vurğulanıb.