Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavin sayı 1-dən 2-yə çatdırılıb

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavin sayı 1-dən 2-yə çatdırılıb

18 Sentyabr 2024

Sentyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 19 iyul tarixli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavin sayı 1-dən 2-yə çatdırılıb. Bir müavin ştatının artmasına görə Əsasnamənin müvafiq bənd və yarımbəndlərində uyğunlaşdırma məqsədilə dəyişiklik edilib.