Naxçıvanda "Teatr Çələngi" layihəsi davam edir -

Naxçıvanda "Teatr Çələngi" layihəsi davam edir - FOTO

26 Aprel 2025

Aprelin 25-i saat 19:00-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında "Teatr Çələngi" layihəsi çərçivəsində Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı İlyas Sadıqovun "Molla Nəsrəddinin beş arvadı" komediyası nümayiş olundu. Tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılandı.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tamaşanın sonunda çıxış edən Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru və baş rejissoru Mir Qabil Əkbərov və Şərur Rayon Mədəniyyət Evinin müdiri İman Alırzayev tamaşaçılara təşəkkürlərini bildiriblər.

Layihə çərçivəsində növbəti çıxışlar da nəzərdə tutulub. 16 mayda Ordubad Rayon Xalq Teatrı, 30 mayda Babək Rayon Xalq Teatrı, 13 iyunda Şahbuz Rayon Xalq Teatrı, 27 iyunda isə Naxçıvan Şəhər Xalq Teatrı Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində öz tamaşalarını təqdim edəcəklər.