
Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri Culfa rayonunda konsert verəcək
Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri Culfa rayonunda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş konsert proqramı ilə çıxış edəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir çərçivəsində orkestrin peşəkar musiqiçiləri tamaşaçılara yüksək səviyyəli ifalar təqdim edəcək.