“18 Aprel- Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə tədbir keçirilib -

“18 Aprel- Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə tədbir keçirilib - FOTO

18 Aprel 2025

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində “18 Aprel- Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr olunmuş tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov qeyd edib ki, Hər bir ölkənin tarixinin qədimliyi, xalqın keçdiyi inkişaf yolu onun maddi-mədəniyyət yadigarlarının çoxluğu və qədimliyi ilə ölçülür. Abidələr və tarixi yerlər aid olduğu xalqların kimliyini, mövcudluğunu, hərb tarixlərini, inanc və yaşam tərzlərini özündə yaşadır.

Vurğulanıb ki, Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə tarixi-mədəni irsimizin qorunub saxlanılması üçün böyük işlər görülmüş, zəngin qanunvericilik bazası yaradılmışdır.

Sonra Ordubad Rayon İcra Başçısının müavini Fərqanə Hüseynli çıxış edərək bildirib ki, Qədim Oğuz yurdu Naxçıvanda əsrlərin yadigarı olan abidələr xalqımızın qədim dövrdən Nахçıvаnın yеrli əhаlisi оlduğunu təsdiq еdən əvəzеdilməz mаddi mədəniyyət nümunələridir.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının konsert proqramı təqdim olunub.

Daha sonra muzeyin ekspozisiyasına baxış keçirilib.

Sonda muzey ətrafında qeyd olunan gün münasibətilə çinar ağacları əkilib.