Ərdoğan: Türkiyə konstitusiya dəyişikliyi məsələsində qərarlıdır
Türkiyənin yeni konstitusiyaya ehtiyacı var.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada çıxışı zamanı deyib.
O bildirib ki, hazırkı konstitusiya Türkiyə demokratiyasına uyğun deyil: “Sivil dəyərlərə malik konstitusiyaya ehtiyac var”.
Dövlət başçısı Türkiyənin konstitusiya dəyişikliyində qərarlı olduğunu bildirib.