Türkiyədə zəlzələ olub
Türkiyənin Ərzincan vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, hadisə vilayətin Refahiye rayonunda qeydə alınıb.
Məlumata görə, zəlzələ ocağı 9,48 km dərinlikdə yerləşib.
Təbii fəlakətin təsirləri barədə hələ ki məlumat yoxdur.