Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyanın müdafiə naziri ilə görüşüb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyanın müdafiə naziri ilə görüşüb

19 Sentyabr 2024

İtaliyada rəsmi səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər ölkələr arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov da iştirak edib.