Fərid Qayıbov Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti ilə görüşüb

Fərid Qayıbov Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti ilə görüşüb

19 Sentyabr 2024

Gənclər və idman naziri Fərid Qayıbov Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Pedro Migel Mouranı qəbul edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qonağı salamlayan nazir ona ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Görüş zamanı ölkəmizdə stolüstü tennis idman növünün inkişafı istiqamətində görülən işlər, hazırkı vəziyyəti, qarşılıqlı əməkdaşlıq imkanları və digər məsələlər müzakirə olunub.

Görüşdə nazir müavini Mariana Vasileva, eləcə də nazirliyin və Azərbaycan Stolüstü Tennis Federasiyasının məsul şəxsləri iştirak ediblər.