Naxçıvan idmançısı ölkə birinciliyinin mükafatçısı olub

Naxçıvan idmançısı ölkə birinciliyinin mükafatçısı olub

17 Sentyabr 2024

Bakı şəhərində Kikboks üzrə kadetlər, gənclər və böyüklər arasında arasında XVIII Azərbaycan çempionatı və birinciliyi keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yarışda Naxçıvan Kikboksinq Federasiyasının məşqçiləri Etibar Qəribov və Elvin Qoçəliyevin rəhbərliyi altında Naxçıvan yığma komandasının üzvləri də qələbə uğrunda mübarizə aparıblar.

Təmsilçilərimizdən 2016-2018-ci il təvəllüdlülər arasında çıxış edən Murad Məmmədli etimadı doğrulda bilib. 27 kq çəki dərəcəsində ölkə üçüncüsü olan Murad bürünc medala layiq görülüb.