Naxçıvanda süni intellekt ilə dizayn müsabiqəsinə start verilib

Naxçıvanda süni intellekt ilə dizayn müsabiqəsinə start verilib

17 Sentyabr 2024

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Yaşıl Azərbaycan gənclərin gözü ilə” suni intellekt həlləri ilə onlayn dizayn müsabiqəsinə start verilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müsabiqədə 14-29 yaş arası gənclər istənilən süni intellekt alətindən istifadə edərək mövzuya uyğun maksimum 3 dizayn nümunəsi göndərə bilər. Müsabiqəyə təqdim olunmuş materiallar münsiflər heyətinin rəyi və sosial şəbəkələr üzərindən açıq səsvermənin nəticələrinə uyğun olaraq qiymətləndiriləcək. Qatılmaq istəyənlər oktyabrın 20-dək dizayn nümunələrini office@nmys.gov.az elektron ünvanına göndərilməlidir.

Nazirlik tərəfindən qalibə qiymətli hədiyyə və diplom təqdim olunacaq.