Naxçıvanda sentyabrın 20-nə olan hava proqnozu

Naxçıvanda sentyabrın 20-nə olan hava proqnozu

20 Sentyabr 2024

Naxçıvan Muxtar Respublikasında sentyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər bölgələrində hava şəraitinin günün ikinci yarısında yağıntılı olacağı ehtimal olunur. Saniyədə 5-10 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 15-17°, gündüz 18-23° isti olacağı gözlənilir.