Naxçıvanda sentyabrın 19-na olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında sentyabrın 19-na gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində 55 faiz və muxtar respublikanın digər bölgələrində hava şəraitinin 45-46 faiz aralığında yağıntılı keçəcəyi, lakin muxtar respublikanın bəzi dağlıq ərazilərində isə qar yağacağı gözlənilir. Saniyədə 6-11 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 23-28° isti olacağı gözlənilir.