Naxçıvanda sentyabrın 13-nə olan hava proqnozu

Naxçıvanda sentyabrın 13-nə olan hava proqnozu

13 Sentyabr 2024

Naxçıvan Muxtar Respublikasında sentyabrın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər bölgələrində günün ikinci yarısı qısamüddətli yağış yağacağı gözlənilir. Saniyədə 6-11 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 30-34° isti olacağı ehtimal olunur.