Naxçıvanda sentyabrın 12-nə olan hava proqnozu

Naxçıvanda sentyabrın 12-nə olan hava proqnozu

12 Sentyabr 2024

Naxçıvan Muxtar Respublikasında sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, muxtar respublika ərazisində havanın əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Lakin Culfa, Ordubad və Şahbuz rayonlarının bəzi dağlıq ərazilərinə qısamüddətli yağış yağacağı gözlənilir. Saniyədə 6-11 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 30-35° isti olacaq.