Türkiyəli nazir Zəngəzur dəhlizindən danışıb

Türkiyəli nazir Zəngəzur dəhlizindən danışıb

18 Sentyabr 2024

Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla əməkdaşlığı davam edir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Anadolu”nun efirində deyib.

O bildirib ki, Azərbaycanda bu istiqamətdə işlər xeyli dərəcədə tamamlanıb: “Naxçıvanda təxminən 180 kilometrlik hissədə işlər görülür. Onlar da davam edir. Türkiyə tərəfdən Dilucudan, Iğdırdan Qarsa qədər gəlib Bakı-Tbilisi-Qars xəttinə bağlanacaq 224 kilometrlik bir dəhliz var. Beləliklə, Türk dünyasına kəsə yolla bağlanmış olacağıq”.