Hərbi kollecdə “Bilik günü” qeyd edilib -

Hərbi kollecdə “Bilik günü” qeyd edilib - FOTO

17 Sentyabr 2024

Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Hərbi Kollecində yeni tədris ilinin başlanması münasibətilə mərasim keçirilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Mərasimdə Hərbi Kollecin rəhbərliyi, Müdafiə Nazirliyinin nümayəndələri, müəllimlər, eləcə də digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yeni tədris ilinin başlanması ilə əlaqədar şəxsi heyətə Müdafiə Nazirliyinin rəhbərliyinin təbriki çatdırılıb. Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təhsil sisteminin inkişafına göstərdiyi qayğıdan və Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan islahatların müsbət nəticələrindən danışıblar.

Mərasimdə kursantların bilik və bacarıqlarının artırılması, nizam-intizam və psixoloji hazırlıqlarının yüksəldilməsi istiqamətində müvafiq tövsiyələr verilib.

Kursantların təntənəli marşla tribuna önündən keçidindən sonra dərs otaqlarında tədris prosesi başlayıb.