Kimlər müddətli həqiqi hərbi xidmətə çağırışdan azaddır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Kimlər dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər?
Cavab: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar, sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçılar, 35 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar, alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər dinc müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər:
Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov