Naxçıvanda məhkumlar səs veriblər -

Naxçıvanda məhkumlar səs veriblər - FOTO

01 Sentyabr 2024

Bu gün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində də Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə növbədənkənar seçkilər keçirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Qarışıq Rejimili Cəzaçəkmə Müəssisəsində Parlament seçkiləri üçün Babək -Şahbuz- Kəngərli 3 saylı seçki dairəsinin 65 saylı seçki məntəqəsi, NMR Ali Məclisinə seçkilər üçün isə 14 saylı Qarabağlar seçki dairəsinin 7 saylı seçki məntəqəsi təşkil edilib.

Cəzaçəkən şəxslərə sərbəst şəkildə səsvermələri üçün şərait yaradılıb.

Qeyd edək ki, seçkilərdə bu il 1 nəfər məhkumun 18 yaşı yeni tamam oldugundan ilk dəfə səsvermədə iştirak edir.